Azərbaycanda yeni ətlik və südlük istiqamətli aqroparkların yaradılması ilə bağlı tikinti işləri yekunlaşmaq üzrədir.

Bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədrinin müavini Zamir Dibirov qurumun 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

O, qeyd edib ki, ötən il fəaliyyətə başlamış aqroparklardan 10-u ətlik və südlük istiqamətli heyvandarlıq məhsulları istehsal edir: “Beləliklə, 2022-ci ildə aqroparklarda 36,9 min ton süd və 2,3 min ton ət istehsal olunub”.

İstinadlar Report