“Azərbaycanda xristian irsi” sənədli filmi Albaniya Dövlət Televiziyasında – VİDEO

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycanda yaşayan müxtəlif xalqların mədəniyyətinin, adət-ənənələrinin təbliğ edilməsi” layihəsi çərçivəsində hazırladığı “Azərbaycanda xristian irsi” sənədli filmi Albaniyanın Dövlət Radio Televiziyasında yayımlanıb.
Mərkəz tərəfindən hazırlanan sənədli filmdə Azərbaycanda yaşayan xristianlar, onların həyat tərzi, adət-ənənələri, mədəniyyəti barədə geniş məlumat verilir.
Bildirilir ki, Azərbaycan dövləti Qafqaz Albaniyasının qədim və zəngin tarixinin öyrənilməsi, əsl elmi və tarixi həqiqətlərin üzə çıxarılması, erməni saxtakarlığının ifşası istiqamətində mühüm işlər həyata keçirir.
Sənədli filmdə Azərbaycanda Qafqaz Albaniyasının mədəni irsi, tarixi abidələri və kilsələri haqda bilgilər də yer alır.
Bununla yanaşı, Qafqaz Albaniyasının varisləri olan udilərin müasir yaşam tərzi, dini ritualları göstərilir. Azərbaycanda kilsələrin fəaliyyət göstərdiyi, qədim xristian abidələrinin qorunub saxlanıldığı, ölkəmizin zəngin multikultural dəyərlərə malik olduğu barədə ətraflı məlumat verilib. Vurğulanır ki, Azərbaycan xalqı həmişə başqa millətlərin adət-ənənələrinə, inanclarına hörmətlə yanaşıb.
“Yəqin, yaxşı daşları da yığıb aparıblar” – Video

Bir il əvvəl aprelin 19-da Qazaxın işğaldakı 4 kəndinin qaytarılması rəsmən elan olundu.
TV azad olunmasının birinci ildönümü ərəfəsində həmin kəndlərdə olub.
Çəkilişdə bir neçə kənd sakini də iştirak edib. Onlar viran qalmış yurdlarına illər sonra ilk dəfə qədəm qoyublar.
Ətraflı videomaterialda:
Şəhid polkovnik-leytenant Murad Mirzəyevin xatirəsi anılıb – VİDEO

Milli Müdafiə Universitetinin (MMU) Cəmşid Naxçıvanski adına Hərbi Liseyində Azərbaycanın Milli Qəhrəmanı, Aprel döyüşlərinin şəhidi polkovnik-leytenant Mirzəyev Murad Telman oğlunun xatirəsinə həsr olunan anım tədbiri keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Tədbirdə şəhidin ailə üzvləri, müəllimləri və döyüş yoldaşları iştirak ediblər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər M.Mirzəyevin şərəfli həyat və xidmət yolundan, onun vətənpərvərliyindən, göstərdiyi şücaət və qəhrəmanlıq nümunələrindən danışıblar.
MMU rektorunun elm üzrə müavini – Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov çıxış edərək şəhid zabitin göstərdiyi rəşadətin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini bildirib.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
Tədbirdə həmçinin “Murad Mirzəyev Salnaməsi” adlı kitabın təqdimatı keçirilib.
Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti tərəfindən vətənpərvərliyi tərənnüm edən musiqilər və bədii kompozisiyalar nümayiş olunub.
Türkiyə XİN rəhbəri “Baku TV”nin sualını cavablandırıb – VİDEO

Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsi ilə İsrail arasında aparılan danışıqlara vasitəçiliyə görə Azərbaycana təşəkkür edib.
Bu barədə o, IV Antalya Diplomatiya Forumunun bağlanış mərasimində təşkil olunan brifinqdə “Baku Tv”nin sualını cavablandırarkən deyib.
“Azərbaycan qardaş ölkədir. Ev sahibliyi üçün təşəkkür edirik. Bu görüş daha çox texniki məsələləri aydınlaşdırmaq məqsədi daşıyırdı. Lazım olduğu təqdirdə, bu görüş yenidən təşkil olunacaq”, – türkiyəli nazir bildirib.
Qeyd edək ki, aprelin 9-da Bakıda ölkəmizin vasitəçiliyi ilə Türkiyə və İsrail nümayəndələri arasında görüş baş tutub.
Ersin Tatar Azərbaycanla təhsil və turizm sahəsində əməkdaşlığı inkişaf etdirməyi təklif edib – VİDEO

Azərbaycan və Şimali Kipr Türk Respublikası arasında akademik və mədəni mübadilə ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə əhəmiyyətli töhfə verə bilər.
Bu barədə Şimali Kiprin Prezidenti Ersin Tatar “Baku TV”yə müsahibəsində bildirib.
“Azərbaycan Şimali Kipr üçün qardaş dövlətdir. Həmişə dediyimiz kimi, Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Respublikası bir millət, üç dövlətdir. Buna görə də biz özümüzün də olduğumuz türk dövləti kimi Azərbaycana xüsusi yaxınlıq hiss edirik.
Prezident İlham Əliyevlə bu yaxınlarda görüşüm zamanı turizm və təhsil sahələrində əməkdaşlığımızı inkişaf etdirməyi təklif etdim. Xüsusilə universitetlərimiz arasında tələbə mübadiləsi proqramına başlamaq təşəbbüsünü irəli sürdüm. Kiprdə Azərbaycan haqqında daha çox məlumat əldə etmək istəyən çoxlu gənc var və hesab edirik ki, belə akademik və mədəni mübadilə bir-birini qarşılıqlı şəkildə töhfə verə bilərdi”, – o bildirib.
“2 gün idi taksi sürürdü” – Gəlini danışdı – Video

“Şayiə xəbərlərə inanılmasın, saxta kart hesabları açılıb, paylanılıb yardım yığılır. Bizdə iki dənə kartdır, birinin sonu 9662-dir, digərində isə 3704-dür. Biri yoldaşımın, biri isə mənim kartımdır”.
Bunu ötən gün Heydər Əliyev prospektində yüksək sürətlə qəza törədən Anar Nəcəfoun gəlini Münəvvər Nəcəfova bildirib.
Qayınatasının törətdiyi qəza barədə danışan M.Nəcəfova bunları əlavə edib:
“Ayağında sudurqa problem var idi. Həmişə deyirdi ki, ayağımda sudurqa tutur. Biz onunla danışanda dedi ki, sudurqası tutub. Şok keçirib, ayağı qazda ilişib qalıb. Özü də hələ qəzanın şokundadır. Özünün sənəti var idi, taksi işinə srağa gün başlamışdı”.
“ASAN” Prezidentin rəhbərliyi ilə ilhamverici təcrübəyə çevrilib” – BMT eksperti – Video

“ASAN” Azərbaycan Prezidentinin rəhbərliyi ilə ilhamverici təcrübəyə çevrilib”.
Bunu BMT-nin Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin üzvü Najat Zarruk BMT-nin plenar sessiyasında Azərbaycanın “ASAN” modeli ilə bağlı fikirlərini bolüşərkən bildirib.
“Bu, ölkəniz üçün bir qürur məsələsidir, çünki hər şey ilk növbədə Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında həyata keçirilir. Məhz bu cür liderlərə bizim dünyamızın ehtiyacı var, xüsusən də bu qədər çətin və mürəkkəb bir dövrdə. Onun rəhbərliyi ilə “ASAN” xüsusi və ilhamverici bir təcrübəyə çevrilib. Bu təcrübə insan hüquqlarına, insan ləyaqətinə və rifahına əsaslanır. “ASAN” vətəndaşlara, əhaliyə, kənd icmalarına müxtəlif kanallar vasitəsilə çox səmimi mühitlərdə xidmət göstərir.
Mən bir neçə “ASAN xidmət” mərkəzini ziyarət etmişəm və texnologiyadan ağıllı şəkildə istifadə edildiyini görmüşəm. Mənim bəyəndiyim digər bir cəhət isə könüllülərin səfərbər edilməsidir”.

Sabirabadda yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb – VİDEO

Sabirabadda yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Buldirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Sabirabad rayonu, Həşimxanlı kəndində yerləşən yanacaqdoldurma məntəqəsində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Sabirabad rayonu, Həşimxanlı kəndində yerləşən yanacaqdoldurma məntəqəsinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
Xocalıda icarəyə verilən göl yararsız hala düşdü – Video

“Xocalıda sahibkara icarəyə verilən göl yarasız hala salınıb. Ətrafda olan yaşıllıq ərazi məhv olub, boz sahəyə çevrilib”.
Bu şikayətlə “Qafqazinfo”ya işğaldan azad edilmiş ərazidə məskunlaşan vətəndaşlar müraciət ediblər.
Onların sözlərinə görə, gölün icarədən əvvəl və sonra çəkilmiş videogörüntülərində həmin fərq aydın hiss olunur.
Problemlə bağlı Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinə müraciət etdik. Qurumdan sorğumuza belə cavab aldıq: “Sözügedən göldən sahibkar balıqçılıq təsərrüfatı məqsədilə istifadə edəcək. Yəni, həmin göldə balıq yetişdirəcək. Təsərrüfat üçün yararlı olub-olmadığını araşdırmaq üçün göldən nümunələr götürülüb. Alınan nəticəyə görə göldə zərərli mikroblar, lil var və bu da balıq yetişdirməyə mane olan məsələdir”.
Nümayəndəlikdən, həmçinin bildirilib ki, hazırda gölün suyunun təmizlənməsi prosesi gedir: “Bu səbəbdən də gölün suyunun təmizlənməsinə zərurət yaranıb. Hazırda gölün təmizlənməsi prosesi gedir. Yaxın vaxtlarda bu başa çatacaq”.
Gülnar Əliyeva
Bağ evlərindən 150 minlik oğurluq edən saxlanıldı – Video

Sabunçu rayonu Nardaran qəsəbəsində bağ evlərindən oğurluq edən şübhəli şəxs tutulub.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, iki evdən 150 min manat dəyərində qızıl, kameranın yaddaş qurğusu, noutbuk və digər dəyərli əşyaların oğurlanması üzrə daxil olan məlumat əsasında Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları şübhəli şəxsi müəyyən ediblər.
Cinayəti törədən şəxs – əvvəllər dəfələrlə məhkum olunmuş 45 yaşlı Seymur Talıbov saxlanılıb. O, ifadəsində qeyd edilən əməli törətdiyini və qızıl-zinət əşyalarını hissələrə ayıraraq satmağı planlaşdırdığını etiraf edib.
Polis əməkdaşları tərəfindən S.Talıbovun oğurladığı əşyaların bir hissəsi gizlədilən yerdən maddi sübut kimi aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, S.Talıbovun digər analoji cinayətlərdə iştirakının olub-olmamasını müəyyən etmək istiqamətində araşdırmalar davam etdirilir.
Ermənistandakı Aİ müşahidəçiləri Qazaxı izlədi – Video

Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası Azərbaycanla sərhəddə müşahidələrini davam etdirir.
Onlar bu dəfə bir neçə maşında Qazaxla həmsərhəd ərazilərə gələrək, vizual müşahidələr aparıblar. Onlar binoklla ətrafı, o cümlədən Azərbaycan ərazilərini izləyiblər.
Müşahidəçilərin hərəkətləri Azərbaycan sərhədçilərinin tam nəzarəti altında olub.
Həmin andan görüntüləri təqdim edirik:
Göygöldə qazdoldurma məntəqəsi bağlandı – Video

Göygöl rayonunun Qızılca kəndində fəaliyyət göstərən “Triton-21” MMC-yə məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.
Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan 3 ədəd maye qaz tutumunun istismara yararlı olub-olmamasını müəyyənləşdirmək məqsədilə dövri texniki müayinənin, eləcə də sözügedən tutumların üzərində quraşdırılmış qoruyucu klapan və manometrlərin dövri yoxlamasının aparılmadığı, məntəqənin maye və təbii qaz təsərrüfatı obyektlərinin fəaliyyəti növünə lisenziya alınmadan istismar olunduğu müəyyən edilib.
Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.
“Bu şəxs, sadəcə, ruhi xəstə elan edildi” – İlham Əliyev – VİDEO

“Əlbəttə, biz səfirliyimizə qarşı törədilmiş terror aktı kimi faciəvi hadisələri unuda bilmərik. Ancaq bu, Prezident Pezeşkianın seçilməsindən öncə baş vermişdir. Biz qəti şəkildə əminik ki, bu, Azərbaycana qarşı təşkil edilmiş terror idi. Bu hadisənin şəxsi zəmində baş verməsi kimi iddialar tamamilə əsassızdır”.
Bu sözləri Prezident İlham Əliyev ötən gün ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.
“40 dəqiqə ərzində həmin terrorçu səfirliyin binasına daxil olmağa çalışmış, nəticədə buna nail olmuşdur və ona silahsız təhlükəsizlik zabiti müqavimət göstərmişdir. Bu vaxta qədər o, artıq bir nəfəri qətlə yetirməyi, digər iki nəfəri isə ağır yaralamağı bacarmışdır. Həmin 40 dəqiqə ərzində şəhərin mərkəzində polis olmayıb. Təsəvvür edirsinizmi? Bunu təsəvvür etmək çətindir. Terrorçu isə “Kalaşnikov” avtomatı, çəkic və “Molotov kokteyli” ilə silahlanmışdı. Bizim küçədə və daxildə olan təhlükəsizlik kameraları bunun hamısını qeydə alıb. Səfirliyimizi qorumalı olan polis nəfəri isə hadisə yerindən qaçıb. Bəlkə, bunu qorxusundan edib, ancaq o, qonşuluqda yerləşən polis bölməsinə niyə xəbər verməyib ki, səfirlik terror hücumuna məruz qalıb?
Mən İrandan olan qonaqlara sual verdim – mənim yerimdə olsanız, nə düşünərsiniz? Bu, təəssüfdoğuran hal oldu və bildiyiniz kimi, biz səfirlik heyətimizi tam şəkildə təxliyə etdik. Hadisədən bir ildən artıq vaxt keçmişdi və daha sonra İranın mərhum xarici işlər naziri mənə söz verdi ki, cinayətkar mühakimə ediləcək və ən ağır cəza alacaqdır. O vaxtdan iki ildən artıq vaxt keçməsinə baxmayaraq, bu, baş verməyib.
Törətdiyi terror aktından dərhal sonra terrorçu televiziyaya çıxaraq mediaya müsahibələr verdi. Siz belə halın şahidi olmusunuz? Başqa dövlətin səfirliyində qətl törədən insan dərhal müsahibə verir. Elə həmin gün bu şəxs ruhi xəstə elan edilir. Ancaq tibbi ekspertiza ilə prosedur hər kəsə bəllidir. Bu, vaxt tələb edir, çünki bəzi hallarda cinayətkarlar özlərini ruhi xəstə kimi təqdim edirlər. Yəni, insanın ruhi xəstə olub-olmadığını müəyyən etmək üçün vaxt lazımdır. Bunun üçün tibbi komissiya tələb olunur. Beləliklə, bu şəxs, sadəcə, ruhi xəstə elan edildi.
Artıq iki il keçib, ancaq məhkəmənin qərarı icra edilməyib. Biz bilirik ki, İranda daha yüngül cinayətlərlə bağlı qərarlar bir neçə aya icra olunur. Bu işdə isə iki ildən artıq vaxt ötüb. Bizi bunu unuda bilərikmi? Əlbəttə ki yox. Bu, bizim münasibətlərə kölgə salır. Biz ümid edirik ki, İranın yeni hökuməti əvvəlki hökumətin vədlərini yerinə yetirəcək. Təkcə bu terror hadisəsini törədən şəxs deyil, onun arxasında dayananlar, onu Azərbaycan səfirliyinə göndərənlər də məsuliyyətə cəlb olunacaq. Bununla yanaşı, yeni administrasiya ilə bizim işgüzar əlaqələrimiz var, onlardan gözləntimiz bu məsələni həll etməkdir. Biz orada siyasi sistemin mürəkkəbliyini, icra hakimiyyətinin məhdud imkanlarını anlayırıq. Biz bunları bilirik, ancaq iki ölkə arasında əlaqələrin tam normallaşdırılması üçün bu terror hadisəsini törədən, onu təşkil edən və bu hadisənin arxasında dayanan hər kəs mühakimə edilməli və cəzalandırılmalıdır”, – dövlət başçısı bildirib.
“Bizə müraciət edirlər ki, borca pul alsınlar” – Video

“Azərbaycan beynəlxalq maliyyə təsisatlarından aslılığını tamamilə azaltmışdır”.
Bunu Prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forumda bildirib.
“Biz Beynəlxalq Valyuta Fondu ilə münasibətləri mənim ilk prezidentliyim dövründə dayandırdıq. Digər maliyyə təsisatları ilə bağlı isə biz əməkdaşlığımızı tam dayandırmışıq. Bizim xarici borcumuz cəmi 5 milyard ABŞ dolları həcmindədir. Yəni bu, bizim ümumi daxili məhsulumuzun 7 faizindən az rəqəmdir.
Bu, onu göstərir ki, bizim xarici sərmayələrə maliyyələşmə ehtiyacımız yoxdur. Əksinə bəzi maliyyə institutları bizə müraciət edir ki, bizdən borca pul alsınlar. Biz bunun üzərində çalışrıq, biz əlbəttə ki, tamamilə portfelimizi sıfıra endirmək istəmirik. Maliyyə institutları ilə bağlı bizim əsas tərəfdaşlarımızdan Asiya İnfrastruktur və Sərmayə Bankı ilə əməkdaşlığımızı qeyd edə bilərəm. Bu da Çinin təşəbbüsü ilə təsis edilmiş bir bankdır”, – deyə Prezident bildirib.
Nofəl Aslanov növbəti mərhələdə – Video

“İctimai TV”də yayımlanan “Səs Azərbaycan” müsabiqəsində babasının ölümünə baxmayaraq səhnəyə çıxması ilə gündəm olan Nofəl Aslanov bu dəfə növbəti mərhələyə keçib.
O, “qarşıdurmalar” mərhələsində münsif Zülfiyyə Xanbabayeva tərəfindən seçilməsə də, növbəti pilləyə keçməyi bacarıb. Belə ki, Z. Xanbabayeva Əlifaiq Mirzəyev ilə yarışmaya davam edib.
Bundan sonra isə münsif Murad Arif Nofəl Aslanovu seçərək onun mərhələdən keçməsini təmin edib.
29 yaşlı kişi evində huşsuz tapıldı – Video

Bakı şəhərinin Nərimanov rayonunda vətəndaş bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Bununla bağlı FHN məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olublar. Onlar 1996-cı il təvəllüdlü vətəndaşı huşsuz vəziyyətdə aşkar edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Bundan əlavə, Yasamal rayonunda azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə də nazirliyin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə onmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 2021-ci il təvəllüdlü azyaşlını valideynlərinə təhvil veriblər.
Sarayda 4 ədəd əl qumbarası aşkarlanıb – VİDEO

Sarayda 4 ədəd əl qumbarası aşkarlanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində şübhəli əşya aşkar edilməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra xüsusi təlim görmüş itin tətbiqi ilə aparılan əməliyyat nəticəsində döyüş tətbiqinə yararlı 4 ədəd F-1 əl qumbarası, 13 ədəd UZRQM partladıcısı, 2 ədəd süngü bıçağı, 7 ədəd 7,62 mm-lik və 34 ədəd 5,45 mm-lik mərmi aşkar edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Həmçinin baxın
Ersin Tatar Azərbaycanla təhsil və turizm sahəsində əməkdaşlığı inkişaf etdirməyi təklif edib – VİDEO
“ASAN” Prezidentin rəhbərliyi ilə ilhamverici təcrübəyə çevrilib” – BMT eksperti – Video
“Azərişıq” Cəlilabad və Masallının bir sıra kəndlərində yeniləmə işləri aparır – Video
“İzlədiyim filmlər psixologiyamı pozmuşdu” – Tovuzda evdən qaçan məktəbli – VİDEO
“Haber Global” Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin XI iclası haqqında geniş sujet hazırlayıb – VİDEO
Bizi Facebook-da izləyirsiniz?
Bağla