Bu ilin yanvar-oktyabr aylarında əcnəbilər Azərbaycanda bank kartları vasitəsi ilə 2 milyard 239,7 milyon manatlıq əməliyyat aparıb.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın oktyabr buraxılışında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur.