“Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək”.

Bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Orucov “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlimdə çıxışı zamanı deyib.

TKTA sədri bildirib ki, yeni layihədə qismən tanınma anlayışı olacaq: “Məsələn, tələbə Rusiyada təhsil alıb və həmin fakültədə norma 240, bizdə isə 340 kreditdir. Yeni dəyişiklikdən sonra həmin şəxsin kreditləri tanınacaq və qismən tanınma şəhadətnaməsi veriləcək. Həmin şəxsə şərait yaradılacaq ki, kreditini Azərbaycan standartlarına uyğunlaşdıra bilsinlər. Bundan sonra həmin şəxsin əmək bazarına çıxışına imkan veriləcək və ona sertifikat təqdim olunacaq”.

Gülnar Əliyeva

İstinadlar Qafqazinfo