Bu ilin əvvəli ilə müqayisədə altı ayın yekununda Azərbaycanda tikinti materialları ümumilikdə 8-15 % bahalaşıb.

Bu barədə açıqlamasında ölkədəki qiymətləndirmə şirkətlərindən birinin baş mütəxəssisi Tural Bağırov məlumat verib.

O, ayrı-ayrı materialların qiymətində aşağıdakı tendensiyaların olduğunu qeyd edib:

“İlin əvvəli ilə müqayisədə sürtkü və boya məhsulları 15 % civarında bahalaşıb. Bunun səbəbi daşıma və xammal qiymətlərinin artmasıdır. Taxtanın bir kubunun qiyməti hazırda 410 manatdır. Diktin qiyməti son zamanlar kəskin artıb. İlin əvvəlində 6 metrlik dikt 11 manat idisə, indi 17-18 manat olub. Əlcək, çəkic, mismar, laqonda daşları kimi məhsulların qiymətində 35-36 % artım olub. İlin əvvəlində aldığımız qaynaq elektrodları 11 manat idisə, indi 15-16 manatdır. 15-lik metal boruların qiyməti 1,8 manatdan 2,5 manata qədər yüksəlib”.

İstinadlar Report