Bu günə qədər Azərbaycanda fermerlər kondisiya çəkidə 275 327 ton pambıq yığaraq tədarük məntəqələrinə təhvil verib.

Bu barədə “Report” a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Hazırda respublika üzrə pambığın orta məhsuldarlığı 26,41 sent/ha təşkil edir. Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, İmişli, Saatlı, Tərtər, Yevlax və Zərdab rayonlarında orta məhsuldarlıq göstəricisi ümumrespublika göstəricisindən yüksəkdir.

Bu il Azərbaycanın 16 rayonunda ümumilikdə 100 min hektardan artıq sahədə pambıq əkilib. Ən çox pambıq Saatlı, Ağcabədi, Sabirabad və Bərdə rayonunlarının ərazisində əkilib. Bu rayonların ərazisində pambıq əkinlərinin sahəsi 11 min hektardan çoxdur. Ümumilikdə respublika üzrə pambıq əkini sahələrinin 45 %-dən çoxu bu 4 rayonun payına düşür.

İstinadlar Report