Avqustun 16-na olan operativ məlumata əsasən, Azərbaycanda payızlıq-yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 955,2 min hektar sahənin 936,5 min hektarı və yaxud 98 %-i biçilərək məhsulu yığılıb.

Məlumata görə, sahələrdən 2 850 min ton məhsul toplanıb, məhsuldarlıq 30,4 sentnerə bərabər olub. Məhsulun 1 731,8 min tonunu və yaxud 60,8 %-ni buğda, 1 092,0 min tonunu (38,3 %-ni) arpa, 26,2 min tonunu (0,9 %-ni) isə digər dənli və dənli paxlalı bitkiçilik məhsulları təşkil edib.

23 rayonda və Naxçıvan MR-da dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatıb. 31 rayonda biçilməsi nəzərdə tutulan sahənin 90 %-dən çoxu biçilib, digərlərində isə biçinin aparılması səviyyəsi 90 %-dən aşağı olub.

Ən yüksək məhsuldarlıq Hacıqabul (1 hektardan 44,7 sentner), Bərdə (müvafiq olaraq 44,3), Tovuz (42,8), Sabirabad (42,6), Tərtər (40,9), Saatlı (40,7), Ağcabədi (40,4), Ağdam (40,3), Samux (40,0), İmişli (39,4) və Beyləqan (37,7) rayonlarında qeydə alınıb.

İstinadlar Report