Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 384 min hektar əkin sahəsi sığortalanıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18 % çoxdur.
6 ay ərzində ən çox sığortalanan kənd təsərrüfatı bitkiləri arasında buğda, arpa, qarğıdalı, pambıq, eləcə də çəltik, şəkər çuğunduru, fındıq və nar bağları olub.
Sığortalı sahələrdə artım bütün bitkilər üzrə qeydə alınıb. Belə ki, sığortalanan pambıq sahələri 2,3 dəfə, çəltik əkinləri 2,2 dəfə, nar bağları 4,5 dəfə, arpa sahələri təqribən 2 dəfə, buğda sahələri isə 1,3 dəfə artıb.