Ramramay şəlaləsində ecazkar mənzərə yaranıb.
Donan şəlalə Qax rayonunun İlisu kəndində yerləşir.
Həmin ərazidə temperaturun – 15 dərəcəyə qədər aşağı düşməsi hündürlüyü 75 metr olan şəlalənin təmamilə donmasına səbəb olub. Böyük bir buz kütləsinə çevrilən şəlalə ətrafda gözəl bir görüntü yaradıb.
Ramramay şəlaləsinə qədər olan məsafə İlisu kəndinin yuxarı baş hissəsindən 2 kilometrdir. Kənd sakinləri “Report”un yerli bürosuna bildiriblər ki, şəlaləyə “Uaz” və “Niva”markalı avtomobillərlə getmək mümkündür.