Bu ilin yanvar-mart aylarında Azərbaycanda 66,2 min ton şəkər və qənd istehsal edilib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 45,5 % çoxdur.
Son 1 ildə ölkədə şəkərli qənnadı məmulatların istehsalı isə 0,8 % azalaraq 2 min 166,5 tona düşüb.
Aprelin 1-nə Azərbaycanda 13,1 min ton şəkər və qənd, 143,8 ton isə şəkərli qənnadı məmulatları üzrə hazır məhsul ehtiyatı olub ki, bu da 1 il əvvələ nisbətən müvafiq olaraq 7,4 % və 25,4 % çoxdur.