
Azərbaycanda səfərdə olan Türkiyənin Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı donanma admiralı Ercüment Tatlıoğlu Türkiyə səfiri Birol Akgünlə görüşüb.
Bu barədə Türkiyənin Bakıdakı diplomatik missiyasının mətbuat xidməti bildirib.
“Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı donanma admiralı Ercüment Tatlıoğlu Azərbaycana rəsmi səfəri çərçivəsində səfirimiz Birol Akgünü ziyarət edib”, – səfirliyin sosial şəbəkə hesabında qeyd olunub.
Görüşün təfərrüatları verilməyib.