Azərbaycanda seçicilərin sayı açıqlanıb.

Bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanda səsvermə hüququ olan 6 milyon 401 min 955 şəxs var: “Onların 3 milyon 20 min 387 nəfəri kişi, 3 milyon 381 min 568 nəfəri isə qadındır”.

Sədr qeyd edib ki, seçicilərin 52,82 %-ni qadınlar, 48,18 %-ni isə kişilər təşkil edir.

Eldar Tanrıverdi