İyunun 4-də Kəlbəcərdə iki jurnalist və bir mülki vətəndaşın ermənilərin yerləşdirdiyi minaya düşərək həlak olması böyük səs-küy yaratdı. 

Bu gün isə Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində əlverişsiz hava şəraitindən istifadə edən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu ərazimizə daxil olub. İlkin araşdırmalara görə, düşmənin kəşfiyyat-diversiya qrupunun tapşırığı ərazilərimizin minalanması olub.

Onlar müxtəlif müxtəlif yollarla azad olunan torpaqlarımıza keçərək, yenidən minalanma işlərini davam etdirməyə cəhd edirlər.

Mövzu ilə bağlı mediaya danışan Əməkdar artist, “Bakılı oğlanlar”, “KVN” teatrının aktyoru Bəhram Bağırzadə qeyd edib ki, Ermənistana qarşı antiterror əməliyyatları davam etdirilməli, bu istiqamətdə zəruri və qətiyyətli addımlar atmalıdır. Onlar yalnız bundan sonra minalanmış ərazilərin xəritəsini verməyə məcbur olacaqlar:

“Bu fikirlərimə görə çoxları deyəcək ki, Bəhram Bağırzadə humanist deyil. Amma mən kifayət qədər humanist və tolerantam. Əgər ermənilər bizimlə belə mübarizə apaprırlarsa, biz də onlara adekvat cavab verməliyik. Mən artıq bir neçə gündür bu haqda düşünürəm, fikirləşirəm ki, bunun qarşısını necə almaq olar. Ağlıma bir fikir gəlir: Sovetlər İttifaqının alman faşitlərlə apardığı mübarizə kimi mübarizə aparmaq lazımdır. Azərbaycanda saxlanılan diversantları minalanmış ərazilərə buraxmaq lazımdır. Kim partlayırsa, partlasın. Beləcə də ərazi  minadan təmizlənmiş olacaq. Mən bunun yolunu yalnız belə görürəm. Əgər onlar belə oyun oynayırlarsa, gərək biz də adekvat cavab verək. Başqa yolu yoxdur. Ya xəritələri qaytarsınlar, ya da bu cür həll olunsun. Qoy, dünya bizə vəhşi desin, eybi yox. Biz oraları abadlaşdırandan sonra onlar bizə yalvaracaqlar ki, gəlib cənnət kimi yerləri görsünlər”.

İstinadlar Y/sabah