Azərbaycanda qaz hasilatı artıb

2019-cu ilin I rübündə ölkə üzrə qaz hasilatı 25,1% artıb.

Rüb ərzində ölkədə 9 mlrd. kub.m-dən çox təbii qaz hasil edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,1% artım deməkdir.

Hesabat dövründə neft hasilatının stabil qaldığı bildirilir.

Məlumata görə, təbii qaz ixracının dinamikasında rüb ərzində 27%, neft və neft-kimya məhsullarının ixracında isə 10,5% artım qeydə alınıb. Eləcə də ölkə üzrə qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,1% artaraq, 9,11 mlrd kub.m, neft hasilatı 0,15% artaraq, 9,72 mln ton, təşkil edib. SOCAR üzrə 1,853 mln ton neft, 1,564 mlrd kub.m qaz hasil olunub.

İstinadlar Qafqazinfo

Azərbaycanda qaz hasilatı artıb

2015-ci ildə Azərbaycanda qaz hasilatı 18,2 milyard kubmetr təşkil edib ki, bu da 2014-cü ildəki hasilat həcmindən 3,4 faiz çoxdur
Bu barədə BP-nin dünya energetikası üzrə illik statistik icmalında deyilir.

BP-nin hesablamalarına görə, cari ilin əvvəlinə Azərbaycanda təsdiq edilmiş qaz ehtiyatları 1,1 trilyon kubmetr olub ki, bu da dünya üzrə təsdiq edilmiş qaz ehtiyatlarının 0,6 faizini təşkil edir.

Ölkədə qaz istehlakı 2015-ci ildə 9,8 milyard kubmetr təşkil edib ki, bu da 2014-cü ildəkindən 4,1 faiz çoxdur.