Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS EN 13429:2025 “Qablaşdırma – Təkrar istifadə”, AZS EN 13430:2025 “Qablaşdırma – Materialı təkrar emal edilə bilən qablaşdırmaya dair tələblər” və AZS 14182:2025 “Qablaşdırma – Terminologiya – Əsas termin və təriflər” yeni dövlət standartlarını qəbul edib.
Standartların tətbiqində məqsəd təkrar istifadə oluna bilən qablaşdırmaların ətraf mühitə zərərli təsirlərinin minimuma endirilməsinə, o cümlədən material dövriyyəsinə yenidən inteqrasiya oluna bilən qablaşdırma miqdarını artırmaqla tullantı poliqon sahələrinin azaldılmasına nail olmaqdır.
Yeni dövlət standartları “Ekologiya” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK-09) müzakirəyə çıxarılıb və İnstitut onları qəbul edərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.