Artıq ənənə halını almış Polo üzrə dünya kubokunun keçirilməsinəsadəcə sayılı günlər qalır. Hər il olduğu kimi bu il də ölkəmizin dəyer aldığı turnirdə dünyanın dörd müxtəlif ölkəsini təmsil edənkomandalar iştirak edir.

13-15 sentyabr tarixlərində baş tutacaq turnirdə Azərbaycan, Rusiya, Almaniya və İsveçrə yerli klub komandaları birincilik uğrundamübarizə aparacaqlar.  Hər komanda 3 oyunçu ilə təmsil olunur.Oyunlar “Elite Horse and Polo Club”da yerləşən meydançada hərgün saat 15:00-da baş tutacaq.

12 sentyabr saat 16:30-da “Fairmont” mehmanxanasında mətbuatkonfransı və oyunçuların təqdimatı təşkil olunacaq.

Püşkatmanın nəticələrinə əsasən ilk oyun Azərbaycanı təmsil edən“Elite Horse & Polo Club Baku” və İsveçrəni təmsil edənEvvivaPolo Club St. Moritz” arasında oynanılacaq. Günün ikinci oyunuAlmaniyanı təmsil edən “Los Nocheros Polo Club Münster” vəRusiyanı təmsil edənPlanernaya Polo Club Moscow” komandalarıarasında olacaq.

Turnirin 2-ci günü – 14 sentyabr tarixində günün açılış oyunuİsveçrə təmsilçisiEvviva Polo Club St. Moritz” və Almaniyatəmsilçisi “Los Nocheros Polo Club Münsterarasında baş tutacaq. İkinci oyun isə təmsilçimiz “Elite Horse & Polo Club Baku” vəPlanernaya Polo Club Moscow” komandaları arasında baş tutacaq.

Final günü, 15 sentyabrda üçüncülük uğrunda mübarizə 15:00-da başlayacaq. Final görüşü isə 16:15-də 2 ən güclü komanda arasındabaş tutacaq. Turnirin qalibi bu görüş nəticəsində bəlli olacaq.

Onu da qeyd etmək lazımdır  ki, 2020-ci il 10-20 Sentyabr tarixlərində 8 komandanın iştirakı gözlənilən polo üzrə Avropaçempionatına Azərbaycan ev sahibliyi edəcək.