“Azərbaycanda əhalinin cəmi 7 faizi 65 yaşdan yuxarıdır. Bizdə isə pensiya yaşı 65 yaşdır”.

Bunu deputat Qüdrət Həsənquliyev parlamentdə pensiya yaşının çox olmasından danışarkən deyib. O qeyd edib ki, deməli, əhalinin cəmi 7 faizi bu haqdan istifadə edir:

“Bu o deməkdir ki, ortalama ömür uzunluğu azdır. Buna görə də pensiya yaşını da aşağı salmaq lazımdır.

İnsanlar DSMF-yə pul ödəyir. Bir çox insan bu qanun layihəsini mütərəqqi adlandırır. Bu o zaman mütərəqqi olardı ki, faiz dərəcələrinə uyğun pensiya verilərdi. Yəni 31 %-lə 60 % eyni pensiya alacaq?! Burada 100 % sağlamlığın itirilməsi ölüm deməkdir. Ona görə də burada sağlamlığın itirilməsi nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə pensiya təyin edilməlidir. İndi vətəndaş 3-cü qrup əlillik almaq üçün neçə faiz orqanizmin funksiyasını itirməlidir?! Nazirlik bu dəyişikliklərdən əvvəl bizə maliyyə əsaslanması təqdim etməliydi”.