2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun verdiyi güzəştli kreditlərin 7,5 %-i qadın sahibkarların payına düşüb.
Məlumata görə, hesabat dövründə 472 qadın sahibkarın layihələrinə 18,7 milyon manat güzəştli kredit ayrılıb.
Bundan başqa, ötən il Fondun xətti ilə 170 gənc sahibkarın təqdim etdiyi layihələr üzrə ümumilikdə 7 milyon manat güzəştli kredit ayrılıb.