
Ötən il Azərbaycanda 5,8 milyon ton neft emal edilib.
Bu barədə Energetika Nazirliyinin 2024-cü il üzrə açıqladığı operativ məlumatlarında deyilir.
2023-cü ilin göstəriciləri ilə müqayisədə Azərbaycanda neft emalı həcmləri 0,7 milyon ton və ya 10,8 % azalıb.
Xatırladaq ki, 2023-cü ildə ölkədə neftin emalı 6,5 milyon ton təşkil edib.