
Bu ilin yanvar ayında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 29 825 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatını aparıb.
Məlumata görə, bunun 15,6 %-i və yaxud 4 664-ü ilkin, 84,4 %-i və yaxud 25 161-i təkrar qeydiyyatın payına düşüb.
Yanvarda fərdi yaşayış və bağ evi üzərində 4 065, mənzil üzərində 6 477, torpaq sahəsi üzərində 18 447, qeyri-yaşayış binası üzərində 247, qeyri-yaşayış sahəsi üzərində 547, əmlak kompleksi üzərində 40, çoxmərtəbəli yaşayış binası üzərində isə 2 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan daşınmaz əmlakların 7 338-i Bakının, qalanı isə bölgələrdə yerləşib.