Azərbaycanda ölçmə vasitələrinin tipinin təsdiqi xidmətinin işi axınında əməliyyat sayı 17-dən 13-ə enib.

Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəis müavini İlqar Həsənov bu gün keçirilən “Milli Metrologiya Forum”unda deyib.

O qeyd edib ki, hər bir ölkədə metrologiya sahəsinin inkişafı onun keyfiyyət infrastrukturunun ümumi inkişafına bağlıdır: “Keyfiyyət infrastrukturunun əsas pillələri var, bunlar standartlaşdırma və uyğunluğun qiymətləndirilməsidir”.

İstinadlar Report