İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dekabrın 13-də və 20-də özəlləşdirmə hərracları keçirəcək.

Ilk hərraca 30 nəqliyyat vasitəsi, növbəti hərraca isə 10 dövlət obyekti və 8 nəqliyyat vasitəsi çıxarılacaq.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri iqtisadiyyatın müxtəlif sahələrinə aiddir. Digər üstün cəhət isə əksəriyyətinin torpaq sahələri ilə birgə özəlləşdirilməyə çıxarılmasıdır.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Rusiya, Yaponiya, Almaniya istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 1985-2013-cü illəri əhatə edir.

İstinadlar Report