Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda 2018-2019-cu illərin ov mövsümündə ovlanmasına icazə verilən növlər ilə bağlı açıqlama yayıb.

Bu mövsümdə çöl donuzu (qaban), dovşan, cüllüt, qaz, ördək və qaşqaldaq ovuna icazə verilib.

Çöl donuzu (qaban)

Ovlanma müddəti : 15 sentyabr-22  dekabr  2018-ci il 

Ov yerləri: Lənkəran,   Astara,  Lerik,  Qax,  Cəlilabad,  Zaqatala, İmişli,  Qusar,  Xaçmaz, Neftçala, Yardımlı, Şəki və İsmayıllı rayonlarının müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında

Dovşan

Ovlanma müddəti: 17 noyabr  2018-ci il-12 yanvar 2019-cu il

Ov yerləri: Dəvəçi, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı rayonlarının  müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında

Cüllüt

Ovlanma müddəti: 15 sentyabr-24 noyabr  2018-ci il

Ov yerləri: yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və xüsusi  müəyyən olunmuş ov sahələrində

Qaz

Ovlanma müddəti: 13 oktyabr 2018-ci il-01 mart  2019-cu il

Oxumağa dəyər:   Türkiyə polisi Səudiyyə Ərəbistanının konsulluğuna daxil olub

Ov yerləri: yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və xüsusi  müəyyən olunmuş ov sahələrində

Ördək

Ovlanma müddəti: 13 oktyabr 2018-ci il-01 mart  2019-cu il

Ov yerləri:  yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və xüsusi  müəyyən olunmuş ov sahələrində

Qaşqaldaq

Ovlanma müddəti: 13 oktyabr 2018-ci il-01mart  2019-cu il

Ov yerləri: yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və xüsusi  müəyyən olunmuş ov sahələrində

Ov etmək qadağan olunan ərazilər

• Ağdam, Göygöl, Goranboy, Daşkəsən, Gədəbəy, Tərtər və digər sərhədyanı və cəbhə zonasına yaxın inzibati rayonların əraziləri;

• Xəzər dənizinin adaları;

• yaşıl zonalar;

• şəhər və kurortlara 1,5 kilometrə qədər yaxın sahələr;

• xüsusi mühafizə olunan ərazilər;

• sanitar-mühafizə zonaları.

İstinadlar Qafqazinfo