Azərbaycanda müxtəlif mal kateqoriyalarının təhlükəsizliyinə dair hazırlanan 44 milli texniki reqlament ilk növbədə əhalinin ən çox istehlak etdiyi yuyucu vasitələrini, yanacaq və yüngül sənaye məhsullarını, tütün məmulatlarını, uyaq oyuncaqlarını, uşaqlar və yeniyetmələr üçün nəzərdə tutulmuş məhsulları, mebel məhsullarını və digər prioritet qeyri-qida sənaye mallarını əhatə edəcək.

Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini, Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair İşçi Qrupun rəhbəri İlqar Həsənov bildirib.

O, bu barədə “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı” üzrə Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin icrası məqsədilə yaradılan İşçi Qrupun növbəti iclasında danışıb.

İstinadlar Report