İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mövsümi fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri edilməsini, başqa sözlə mövsümi vergilərin tətbiq olunması imkanlarını nəzərdən keçirir.

Bunu qurumun rəis müavini Samirə Musayeva Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

“Mövsümi fəaliyyət göstərən vergi ödəyicilərində vergilərin məbləği nəzərə alınmalıdır”, – deyə o, qeyd edib.

İstinadlar Report