Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq.

Bu, “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, konstruktiv maksimal sürəti 50 km/saatdan artıq olan bütün nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı ilə təmin edilməsi və sürəti 50 km/saatdan çox olan mopedçilərin sürücülük vəsiqəsi alması təklif edilir.

Bu yanaşma həm moped sürücülərinin, həm də onların çalışdıqları şirkətlərin məsuliyyətini artıracaq. Yol hərəkəti qaydalarını pozan mopedçilər asanlıqla müəyyən ediləcək və digər nəqliyyat vasitələrinin sürücüləri kimi yol hərəkəti qaydalarına tabe olacaqlar. 

Hazırda moped sürücülərinin sayının minlərlə olduğunu nəzərə alınaraq, qanunun 6 ay sonra qüvvəyə minməsi təklif edilir.

Baş Dövlət yol polisi idarəsinin məlumatına əsasən bu prosesin asan və şəffaf keçirilməsi üçün xüsusi komissiya yaradılıb, mopedçilər üçün sürücülük vəsiqəsi (A1) imtahanlarının məzmunu sadələşdirilib.

 Bildirilib ki, hazırda Baş Dövlət yol polisi idarəsi gün ərzində rahatlıqla 400 nəfərin imtahan prosesindən keçməsini təmin edə bilir. İmtahanın müddəti isə cəmi 15 dəqiqədir. 

Eldar Tanrıverdi 

 

İstinadlar Qafqazinfo