
Bu ilin yanvar-mart aylarında ölkədə 1 302 ədəd və ya 2024-ci ilin müvafiq ayları ilə müqayisədə 695 ədəd və yaxud 2,1 çox minik avtomobili istehsal olunub.
Məlumata görə, bu il aprelin 1-nə ölkədə 134 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Bu ilin birinci rübündə Azərbaycanda 144,1 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib. 2024-ci ilin birinci rübü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 20,9 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 3,1 % artıb.
Bu ilin birinci rübündə Azərbaycanda 124 ədəd traktor istehsal edilib. Bu, 2022-ci ilin ilk 11 ayı ilə müqayisədə 25,3 % azdır. Nəticədə, bu il aprelin 1-nə ölkədə 11 ədəd hazır məhsul ehtiyatı yaranıb.