Bakıda bu gün Ekspo Mərkəzdə “Made in BRICS & SCO” beynəlxalq sərginin açılışı olub.

Burada BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) təşkilatına və Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olan ölkələrin, eləcə də bu təşkilatlara qoşulmağı planlaşdıran dövlətlərin müxtəlif mal və xidmətlərinin istehsalçıları və təchizatçıları iştirak edirlər.

Açılışda Rusiyanın Azərbaycandakı ticarət nümayəndəliyinin, Rusiyanın Azərbaycandakı səfirliyinin, Rusiya-Azərbaycan Ticarət Palatasının nümayəndələri iştirak ediblər.

Sərginin təşkilatçıları Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçmiş “EXPO Club Plus” və “Rusiya Ekspo Klubu”dur.

İstinadlar Report