Azərbaycanda koronavirusla bağlı bu günə olan statistik göstəriciləri açıqlanıb.

TƏBİB-dən daxil olan məlumata görə, bu gün ölkədə koronavirusla bağlı 4661 test edildiyi bildirilib.

Məlumata görə, indiyə qədər Azərbaycanda 294 264 test aparılıb.

Xatırladaq ki, bu günə qədər ölkəmizdə 5246 nəfər koronavirusa yoluxub. 61 nəfər ölüb, 3327-i isə sağalıb. Hazırda 1858 nəfər aktiv xəstə kimi qeydiyyatdadır.

Həmin şəxslərdən 82 nəfərin vəziyyəti ağırdır, 15 nəfər isə süni tənəffüs aparatı vasitəsilə xəstəliklə mübarizə aparır.

Azərbaycanda koronavirusa yoluxanlar 5000-i keçdi - Son statistika