“Azərisitiliktəchizat” ASC-nin icazəsi olmadan bina tikintisinə başlanılmamalıdır.

Bunu deputat Rövşən Muradov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında yeni hazırlanmış “İstilik təchizatı haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, 2005-ci ildən inşa olunan binaların hər birində qazanxana var: “Çünki bu, “Azəristiliktəchizat” yaradılan zaman tələb kimi qoyulmuşdu və Fövqəladə Hallar Nazirliyi buna ciddi nəzarət edirdi. Biz 15 ildir binada yaşayırıq, orda heç bir təmir işi getmir. Hər kəs özünə kombi sistemi qurub. Bu, israfçılıqdır. Bunun nəticəsində yanğınlar, partlayışlar olur. Buna görə də qanun layihəsinə bütün kombi sisteminin ləğv edilməsi əlavə edilməlidir”.

İstinadlar Report