Azərbaycanda “İstilik təchizatı haqqında” qanun layihəsinin qəbul edilməsi ilə Nazirlər Kabinetinin 5 dekabr 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş “İstilik enerjisindən istifadə qaydaları” ləğv ediləcək.
Bunu Energetika Nazirliyinin şöbə müdiri Ələsgər Həsənov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında – sözügedən sənədin müzakirəsi zamanı bildirib.