Bu ilin I rübündə Azərbaycanda 16 537 daşınmaz əmlak üzrə ipoteka müqaviləsi qeydə alınıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,6% azdır.
Yanvar-mart aylarında ən çox girov qoyulmuş əmlak mənzil olub. Belə ki, 45 532 mənzil üzrə ipoteka müqaviləsi bağlanılıb. Grov qoyulmuş 81 762 əmlakdan 16 750-si torpaq sahəsinin, 11 866-sı isə fərdi yaşayış evinin payına düşüb.
Daşınmaz əmlak növləri üzrə ipoteka müqavilələri
Əmlak növləri
Müqavilə sayı
Ümumi göstəricidə payı (faizlə)
Mənzil
8249
49,9%
Torpaq sahəsi
4235
25,6%
Fərdi yaşayış evləri
2479
15,0%
Qeyri-yaşayış sahələri
534
3,2%
Qeyri-yaşayış binaları
527
3,2%
Bağ evləri
323
2,0%
Digərlər
190
1,1%
Ümumi
16537
100,0%
Rüb ərzində Bakıda 8 244 ipoteka müqaviləsi bağlanılıb ki, bu da ölkə üzrə ümumi göstəricinin 49,8 %-ni təşkil edir. Paytaxtdan sonra ipotekanın ən çox dövlət qeydiyyatı Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 4 saylı Abşeron (1 812 müqavilə), 2 saylı Sumqayıt (1 350 müqavilə), 5 saylı Xaçmaz (899 müqavilə) və 3 saylı Gəncə ərazi idarələrində (674 müqavilə) aparılıb. Bu, həmin bölgələrdəki iqtisadi aktivliyin göstəricilərindən biri kimi də qiymətləndirilə bilər.
İpoteka müqavilələrinin sayına görə ərazi idarələri
Sıra №
Ərazi idarələri
İpoteka müqaviləsinin
ümumi sayı
Ölkə üzrə göstəricidə payı
(faizlə)
1.
1 saylı Bakı Ərazi İdarəsi
8244
49,9%
2.
4 saylı Abşeron Ərazi İdarəsi
1812
11,0%
3.
2 saylı Sumqayıt Ərazi İdarəsi
1350
8,2%
4.
5 saylı Xaçmaz Ərazi İdarəsi
899
5,4%
5.
3 saylı Gəncə Ərazi İdarəsi
674
4,1%
6.
7 saylı Bərdə Ərazi İdarəsi
556
3,4%
7.
10 saylı Lənkəran Ərazi İdarəsi
372
2,2%
8.
13 saylı Şirvan Ərazi İdarəsi
331
2,0%
9.
17 saylı Yevlax Ərazi İdarəsi
313
1,9%
10.
9 saylı Qəbələ Ərazi İdarəsi
310
1,9%
11.
11 saylı Şəmkir Ərazi İdarəsi
287
1,7%
12.
15 saylı Tovuz Ərazi İdarəsi
287
1,7%
13.
12 saylı Şəki Ərazi İdarəsi
262
1,6%
14.
6 saylı Beyləqan Ərazi İdarəsi
246
1,5%
15.
14 saylı Şamaxı Ərazi İdarəsi
170
1,0%
16.
8 saylı Cəlilabad Ərazi İdarəsi
165
1,0%
17.
18 saylı Zaqatala Ərazi İdarəsi
149
0,9%
18.
16 saylı Ucar Ərazi İdarəsi
110
0,7%
Ölkə üzrə
16537
100.0%
Hesabat dövründə ölkədə mənzillərin ən çox girov qoyulduğu ərazilər Bakı, Abşeron və Sumqayıtdır. Girov qoyulan mənzillərin 90,7%-i bu üç ərazi idarəsinin payına düşür. Mənzillərin ən az girov qoyulduğu bölgələr isə 9 saylı Qəbələ (3 müqavilə), 14 saylı Şamaxı (3 müqavilə) və 11 saylı Şəmkir (6 müqavilə) ərazi idarələridir.
Mənzillərin ən çox girov qoyulduğu ərazi idarələri
Sıra №
Ərazi idarələri
İpoteka müqaviləsinin sayı
Ölkə üzrə göstəricidə payı
(faizlə)
1.
1 saylı Bakı Ərazi İdarəsi
6023
73,0%
2.
4 saylı Abşeron Ərazi İdarəsi
995
12,1%
3.
2 saylı Sumqayıt Ərazi İdarəsi
462
5,6%
4.
3 saylı Gəncə Ərazi İdarəsi
245
3,0%
5.
10 saylı Lənkəran Ərazi İdarəsi
211
2,6%
Yanvar-mart aylarında girov qoyulan fərdi yaşayış evlərinin sayına görə də paytaxt Bakı ilk yeri tutur. Bununla belə, bölgələrdə də bu kateqoriya üzrə aktivlik müşahidə olunur. Belə ki, ölkə regionlarında fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu ərazilər 7 saylı Bərdə, 3 saylı Gəncə və 5 saylı Xaçmaz ərazi idarələrinin əhatə etdiyi rayonlardadır.
Fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu ərazi idarələri
Sıra №
Ərazi İdarələri
İpoteka müqaviləsinin sayı
Ölkə üzrə göstəricidə payı
(faizlə)
1.
1 saylı Bakı Ərazi İdarəsi
653
26,3%
2.
4 saylı Abşeron Ərazi İdarəsi
373
15,0%
3.
7 saylı Bərdə Ərazi İdarəsi
245
9,9%
4.
3 saylı Gəncə Ərazi İdarəsi
209
8,4%
5.
5 saylı Xaçmaz Ərazi İdarəsi
161
6,5%
3 ay ərzində ən çox torpaq sahəsinin girov qoyulduğu ərazilər sırasında ilk üçlüyü müvafiq olaraq 5 saylı Xaçmaz, 2 saylı Sumqayıt və 1 saylı Bakı ərazi idarələri tamamlayır. Torpaqların ən az girov qoyulduğu bölgələr isə 10 saylı Lənkəran (39 müqavilə) və 16 saylı Ucar (46 müqavilə) ərazi idarələrinin əhatə etdiyi rayonlardır.
Torpaq sahələrinin ən çox girov qoyulduğu ərazi idarələri
Sıra №
Ərazi idarələri
İpoteka müqaviləsinin sayı
Ölkə üzrə göstəricidə payı
(faizlə)
1.
5 saylı Xaçmaz Ərazi İdarəsi
684
16,2%
2.
2 saylı Sumqayıt Ərazi İdarəsi
683
16,1%
3.
1 saylı Bakı Ərazi İdarəsi
660
15,6%
4.
4 saylı Abşeron Ərazi İdarəsi
367
8,7%
5.
7 saylı Bərdə Ərazi İdarəsi
243
5,7%
Azərbaycan24 sosial şəbəkələrdə
İstinadlar Report
Həmçinin baxın
Şamaxıda 27 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb. Şamaxı şəhər Qədirli küçəsində yaşayan 1998-ci il…
Bu gün Bakı şəhər Suraxanı rayon Hövsan qəsəbəsində bıçaqlanma hadisəsi olub. Məlumata görə, hadisə qəsəbədəki…
Gəncədə müvafiq icazəverici sənədləri olmadan tikinti aparan şəxslərə qarşı monitorinqlər davam edir. Şəhərin Əmir Nəcib…
Bakı Avropa Liseyinin 2009-cu il məzunu Dayaq Şeyxkərimli 2025-ci il üzrə kimyaterapiya preparatlarını birbaşa xərçəng…
Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətində dəyişiklik edilib. Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq…
Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması ilə…
İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi təsdiqlənib. Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.…
“Trendyol” şirkəti işçilərinin şirkətdəki fəaliyyətini maraqlı formada dəyərləndirir. Belə ki, əməkdaşlarının şirkətdəki hər ili tamam…
Ali Məhkəmə xaricdə alınmış diplomların tanınması üzrə məhkəmə təcrübəsi haqqında açqılama yayıb. Ali Məhkəmə inzibati…
Bizi Facebook-da izləyirsiniz?
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır.
Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.