Bu gün Azərbaycanda ilk dəfə Təchizat Zənciri Liderləri Zirvəsi keçirilir.
Bakıda təşkil olunan tədbirin məqsədi təchizat zəncirinin inkişafı və idarəedilməsi istiqamətində bilik və təcrübələri paylaşmaq, təchizat zənciri prosesləri üçün sərfəli həllər tapmaq, satınalma proseslərini sadələşdirmək və səmərəliliyi artırmaq üçün rəqəmsal alətlər təklif etməkdir.
Tədbirə 600-dək peşəkar mütəxəssis, dövlət və özəl sektordan olan təchizat, satınalma rəhbərləri, istehsalçı, distribüter, topdansatış, pərakəndə satıcı və istehlakçıları qatılıb.
Tədbir ölkəmizdə satınalma və təchizat sahəsinin inkişafına dəstəyi və sahə üzrə yerli kadrların daha da təkmilləşdirilməsini hədəfləyir.