Bu ilin yanvar-mart aylarında Azərbaycanda 12 milyard 458,5 milyon kubmetr təbii qaz hasil edilib.
Bunun 9 milyard 790,6 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.
Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 0,9 % az, əmtəəlik qaz hasilatı isə 1,1 % artıb.
Ötən rüb ərzində Azərbaycanda 6 milyon 863,9 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 6 milyon 846,8 min tonu əmtəəlik xam neftin payına düşüb.