“Bakı Enerji Həftəsi” çərçivəsində Azərbaycanda hidrogen enerjisindən istifadənin səmərəli olması ilə bağlı hesabat açıqlanacaq.

Bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Bakıda keçirilən “Yaşıl enerji və ətraf mühit – bizneslər üçün inkişaf perspektivləri” mövzusunda ictimai müzakirələrdə deyib.

C.Abdullayevin sözlərinə görə, hesabat Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) maliyyə dəstəyi ilə hazırlanıb.

“Bir daha sübut ediləcək ki, Azərbaycanda hidrogen istehsalı kifayət qədər səmərəlidir. Bu hesabatdan sonra hidrogenlə bağlı istər kiçik, istərsə də böyük layihələrin həyata keçirilməsi aktuallıq kəsb edəcəyinə inanıram.

İstinadlar Report