“Hər hansı bir ekstremist radikal qruplaşmaların hansısa dini məzhəb adı altında Azərbaycanda ictimai asayişi pozmaq və ya hər hansı bir hərəkət etmək imkanları sıfırdan aşağıdır”.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Feysbuk hesabında yazıb.

Komitə sədri qeyd edib ki, bu, qeyri-mümkündür:

“Kimsə hesab edirsə ki, din adı altında Azərbaycanın ictimai-siyasi quruluşuna və ya ictimai asayişini, stabilliyini, sabitliyini pozmaq üçün o qrupların adı ilə nə isə edə bilər, çox yanlışlığa yol verir. Xəyal qırıqlığına qapılacaq.

Ona görə ki, Azərbaycanda xalq monolitdir, güclüdür, dövlət də güclüdür, xüsusi xidmət orqanlarımız da güclüdür. İdeoloji cəhətdən bu işlər Azərbaycanda kifayət qədər aparılır. Medianın da burada rolunu xüsusi qeyd etmək istəyirəm.

Əminəm ki, Azərbaycanda heç kim, heç bir qruplaşma din adı altında gizlənərək, din pərdəsi altında nəsə edə bilməyəcək. İctimai, siyasi, iqtisadi sabitlikdir, xalq və hakimiyyət arasında çox möhkəm bağlar var, vəhdət var və cənab Prezidentin simasında Azərbaycanı daha böyük zirvələrə aparacaq Lider var!”

Həmçinin: “Azərbaycana milli mollalar lazımdır”

Ağalarının qəzəbindən qorxub ağızlarına su alıb oturdular…

İstinadlar Qafqazinfo