Azərbaycanda hazırda 2503 vəkil fəaliyyət göstərir.

Bu barədə Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə hesabatında qeyd olunub.

Bildirilib ki, 2503 vəkildən 2003 nəfəri kişi, 500 nəfəri qadındır. Həmin şəxslərdən 2034 nəfəri Bakıda, 469 nəfəri isə regionlarda fəaliyyət göstərir:

“Vəkilliyə test üsulu ilə qəbulun 2004-2018-ci il aralığında (14 il ərzində) 5 yazılı test imtahanı, son 7 il ərzində isə 14 yazılı test imtahanı keçirilib və vəkillərin sayı 3 dəfədən çox artıb.

İstinadlar Report