Azərbaycanda gömrük proseslərinin sürətləndirilməsi üçün süni intellektin tətbiqi ilə bağlı işlərə başlanılıb
Bunu Dövlət Gömrük Komitəsinin Gömrük İşinin Təşkili İdarəsinin rəisi Vasif Qurbanov “Rəqəmsal gömrük və media” mövzusunda keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, gömrük sahəsində süni intellektin tətbiqi sərhədkeçmə, qeydiyyat prosesinin sürətləndirilməsinə səbəb olacaq: “Süni intellektin tətbiqi bizə böyük üstünlüklər qazandırır. Buraya müəyyən analizlərin aparılması, proseslərin sürətləndirilməsi daxildir. Sərhədkeçmə prosesinin sürətli olması bizim üçün mühüm əhəmiyyət kəsb edir”.