Zaqatalada hərbi hissədə intihar hadisəsi qeydə alınıb.

Dövlət Sərhəd Xidmətinin Zaqatala Sərhəd Dəstəsinin müddətli hərbi qulluqçusu, 2003-cü il təvəllüdlü İbrahim Quliyev güllələyərək özünü öldürüb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Bildirilib ki, əsgər ona təhkim edilmiş silahla atəş açaraq intihar edib.

Hazırda Dövlət Sərhəd Xidmətinin rəhbəri Elçin Quliyevin göstərişinə əsasən, Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov hadisə yerinə təhkim edilib.

Baş vermiş intihar hadisəsi ilə bağlı Hərbi Prokurorluqla birgə araşdırmalar aparılır.