Milli ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları üzrə vahid rəqəmsal platformanın əsas məqsədi milli və qlobal inkişaf məqsədlərini dəstəkləməkdir.
Bunu BMT-nin Azərbaycan ofisinin Tərəfdaşlıq və inkişaf məsələləri üzrə müşaviri Ülviyyə Əkbərova platforma konsepsiyanın təqdimatında bildirib.
Onun sözlərinə görə, həmçinin platforma ilə dövlət və özəl sektorda ESG standartlarının tətbiqi, onlarla bağlı səylərin birləşdirilməsi, təşəbbüslərin dəstəklənməsi, inkişaf və əməkdaşlıq imkanının yaradılması, resurs paylaşımı, məlumat mübadiləsi nəzərdə tutulur.