
“2020-ci il Üçtərəfli Bəyanatından sonra Azərbaycanda 2022-ci ilin avqust ayından indiyədək 2021-ci ildə Ermənistanda istehsal edilmiş, ümumilikdə 2 728 mina aşkarlanaraq zərərsizləşdirilib”.
Bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının iclasında çıxışında deyib.
Onun sözlərinə görə, Azərbaycan-Ermənistan sərhədi boyunca Kəlbəcər və Laçın rayonlarında 1119 mina, Qarabağ İqtisadi Rayonunda isə 1609 mina aşkarlanaraq zərərsizləşdirilib: