Energetika Nazirliyinin Kollegiyası “Enerji balansının tərtib edilməsi üçün energetika subyektlərindən alınan məlumatlara dair hesabat formaları və metodoloji izahlar”ı təsdiq edib.
Bununla bağlı nazir Pərviz Şahbazov yeni qərar imzalayıb.
Sənəd Nazirlər Kabinetinin “Enerji balansının hazırlanması, təsdiq edilməsi və icrasına nəzarət Qaydası”nın təsdiq edilməsi haqqında” 1 may 2024-cü iI tarixli qərarının icrasını təmin etmək məqsədilə hazırlanıb.