Prezident Admininstrasiyası 2019-cü il ərzində ölkə üzrə ən şikayət olunan polis idarələrinin rayonlar üzrə siyahısını açıqlayıb.

Azərbaycan 24 xəbər verir ki, bu haqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun rəsmi mətbuatda dərc edilmiş məqaləsində bildirilib.

O, qeyd edib ki, polis orqanlarının fəaliyyəti ilə əlaqədar daxil olan şikayətlər az deyildir. Bunlar istintaqın aparılması, dələduzluq, böhtan və şantaj, məişət zorakılığı, yol polisinin fəaliyyəti və sair məsələlərlə bağlıdır.

Bütövlükdə polisin fəaliyyətinə dair daxil olan şikayətlərin sayı Bakının Xəzər, Nərimanov, Nizami, Sabunçu, Suraxanı, Yasamal rayonları, Gəncə, Lənkəran, Sumqayıt şəhərləri, həmçinin Ağstafa, Goranboy, Göyçay, Göygöl, Lerik, Masallı, Neftçala, Sabirabad, Siyəzən, Tərtər, digər şəhər və rayonlardan nisbətən çox ¬olub.

Məhkəmə orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərin sayı da az olmayıb.

Ötən il Məhkəmə-Hüquq Şurası tərəfindən 50-yə yaxın məhkəmədə monitorinq aparılaraq yol verilən pozuntular 100-dən artıq hakimin və məhkəmə sədrinin diqqətinə çatdırılıb, belə halların yaranmasına səbəb olan hakimlər barədə ciddi tədbirlər görülüb.

Oxumağa dəyər:   Qırğızıstanda koronavirusa yoluxanların sayı 300-ə yaxınlaşdı

2019-cu ildə Bakı şəhərinin Xətai, Nəsimi, Sabunçu, Səbail, Yasamal rayon məhkəmələrinin, həmçinin Şirvan, Abşeron, Cəlilabad, Gədəbəy, Göygöl, Hacıqabul, Xaçmaz, Qazax, Quba, Masallı, Sabirabad, Salyan, Şamaxı, Tərtər, Zaqatala, Zərdab, digər şəhər və rayon məhkəmələrinin fəaliyyətinə dair müraciətlər nisbətən çox daxil olub.