Nazirlər Kabineti “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”i təsdiq edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, “Azərenerji” ASC ötürücü şəbəkəyə münasibətdə, “Azərişıq” ASC paylayıcı şəbəkəyə münasibətdə elektrik şəbəkələrinin mühafizə zonaları barədə cari vəziyyətə dair məlumatları elektron qaydada üç ay müddətində İqtisadiyyat Nazirliyinə təqdim etməlidir.

İstinadlar Report