Bu ilin yanvar ayında operativ məlumatlara görə, Azərbaycanda elektrik enerjisi istehsalı 2,493 milyard kVt/saat təşkil edib.
Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov sosial şəbəkədəki X hesabında bildirib.
Onun sözlərinə görə, 2025-ci ilin hesabat dövründə isə Azərbaycandan elektrik enerjisi ixracı 157,4 milyon kVt/saat, idxalı isə 11,2 milyon kVt/saat olub.