“Azərbaycanda 2 milyona yaxın insan artıq çəki və piylənmədən əziyyət çəkir. Bu, əhalinin 20 faizi deməkdir”.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Sağlam çəkiyə doğru” layihəsinin təqdimat mərasimində Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.

O qeyd edib ki, artıq çəki dünyada ciddi problemə çevrilib və çoxlu fəsadlara yol açır: “Artıq çəki və piylənmə şəkərli diabet, hipertoniya kimi xəstəliklərin yaranmasına səbəb olur. Bu, Azərbaycanda da öz təsirini göstərir. Ölkədə şəkərli diabetdən əziyyət çəkənlərin sayı 2020-ci ildə 250 min olubsa, 2021-ci ildə bu rəqəm artaraq 310 minə çatıb”.

Gülnar Əliyeva

İstinadlar Qafqazinfo