İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 4 nəqliyyat vasitəsi özəlləşdirilib.

Hərrac rəqabətli keçib.

Belə ki, ilkin qiyməti 1 250 manat olan “Hyundai Santafe” markalı avtomobil 2 830 manata satılıb.

Hərracda özəlləşdirilən əmlakların siyahısı ilə https://clck.ru/39pNG2 linki vasitəsilə tanış olmaq mümkündür.

Növbəti hərraclar 9, 16, 23 və 30 apreldə keçiriləcək. Hərraclara 4 səhmdar cəmiyyətinin səhm paketi, 1 kiçik dövlət müəssisəsi, 158 nəqliyyat vasitəsi çıxarılacaq.

İstinadlar Report