Bu ilin birinci rübündə Azərbaycan Respublikası 2023-2026-cı illər üzrə qeyri-neft məhsullarının ixracı strategiyasının təsdiqlənməsi gözlənilir.
Bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müşaviri Tural Hacılı Bakıda keçirilən II Aqrobiznes Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, müvafiq qurumlardan rəylər alınıb, biznes subyektləri ilə layihənin müzakirəsi aparılıb: “Strategiya çərçivəsində qeyri-neft ixracının artırılması, ixracda çətinliklərin həlli yolları öz əksini tapıb”.