Quba rayonunda ata oğlunu ehtiyatsızlıqdan öldürüb.

Hadisə rayonun Barlı kəndində baş verib.

Kənd sakini Bəhərçin Vəliyev “QAZel” markalı avtomobili arxaya sürərkən 2014-cü il təvəllüdlü oğlu Rəvanı vurub.

Təkərin altında qalan R. Vəliyev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə Quba rayon prokurorluğunun əməkdaşları gəlib.

Azyaşlının meyiti ekspertiza olunmaq üçün Xaçmaz rayon Mərkəzi Xəstəxanasının morquna gətirilib.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.

Xəstəxanadan məlumatı təsdiqləyiblər.

İstinadlar Qafqazinfo