Bu ilin yanvar-mart aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlak üzərində 85 708 mülkiyyət hüququnu qeydiyyata alaraq çıxarışla təmin edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 % azdır.

Hesabat dövründə qeydiyyata alınmış mülkiyyət hüququnun 13 424-ü (15,7 %) ilkin, 72 284-ü isə (84,3 %) isə təkrar qeydiyyatın payına düşüb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 0,9 % və 2,9 % azdır.

I rübdə fərdi yaşayış və bağ evləri üzərində 14 224, mənzillər üzərində 19 200, torpaq sahələri üzərində 49 386, qeyri-yaşayış binaları üzərində 709, qeyri-yaşayış sahələri üzərində 1 991, əmlak kompleksləri üzərində 147, çoxmərtəbəli yaşayış binaları üzərində 48 və çoxillik əkmələr üzərində 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 20 746-sı Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.

İstinadlar Report